AZ

Elnur Məmmədov ABŞ Ticarət və İnkişaf Agentliyinin nümayəndləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

12 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xariciişlər nazirinin müavini Elnur Məmmədov ABŞ Ticarət və İnkişafAgentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiyaregionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyinümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı ikiölkə arasında enerji, ticarət, TRIPP marşrutu da daxil olmaqlaregional bağlantılar, iqtisadi sərmayə kimi sahələrdə ikitərəfliəməkdaşlığın mövcud vəziyyəti və ABŞ-nin özəl sektornümayəndələrinin ölkəmizdə müvafiq infrastruktur və logistikaimkanları ilə tanış olması, əməkdaşlığın inkişaf perspektivlərimüzakirə edilib.

Ötən ilin 8 avqust tarixində Vaşinqton Sülh Sammitindən sonraStrateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində qeydedilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar vəmüzakirələr yüksək qiymətləndirilib.

Bundan əlavə, görüşdə Azərbaycanın regionun enerjitəhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resusrlarınıninkişafının əhəmiyyəti, Orta Dəhlizdə ticarət marşrutlarınınşaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes vəinvestisiya mühiti və yeni əlaqələrin qurulması imkanları ətrafındafikir mübadiləsi aparılıb.

Elnur
Elnur
Elnur
Seçilən
79
17
az.trend.az

10Mənbələr