AZ

İrandakı aksiyalar Rusiyaya qarşıdır Korotçenko

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İrandakı vəziyyətin qeyri-sabitləşdirilməsi Qərb kəşfiyyat orqanlarının, əsasən MOSSAD, Mərkəzi Kəşfiyyat İdarəsi, Mİ6 casuslarının və NATO ölkələrinin kiber əməliyyat mərkəzlərinin fəal iştirakı ilə həyata keçirilir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

“Məqsəd isə Rusiyanı regiondakı əsas hərbi-siyasi müttəfiqindən məhrum etmək, Tehranla Moskva arasında hərbi-texniki əməkdaşlığı pozmaq və ən əsası, Qərbin genişmiqyaslı sanksiyaları şəraitində Rusiya iqtisadiyyatının sabit fəaliyyəti üçün çox vacib olan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasının qarşısını almaq məqsədilə İranda çevriliş və hakimiyyət dəyişikliyinə təhrik etməkdir”, - o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
axar.az

1Mənbələr