AZ

Putinin iqamətgahına hücumu xatırlayın: atəşkəs belə olacaq Kuleba

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Qışın sonuna qədər Rusiya ilə atəşkəs barədə heç bir razılaşma əldə olunmayacaq, müharibənin isə 2026-cı ildə başa çatması üçün real şans yoxdur.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Dmitro Kuleba deyib.

Onun sözlərinə görə, danışıqlar prosesində növbəti nəzərəçarpan canlanma fevralın sonlarına doğru mümkün görünür, lakin Rusiya döyüş əməliyyatlarını dayandırmaqda maraqlı deyil.

“Bəs onlar niyə qış ərəfəsində energetika və iqtisadiyyatda hər şeyi dağıtdılar ki, birdən-birə dayansınlar? Aydındır ki, bu onların strategiyası deyil”, – deyə Kuleba bildirib.

Bununla belə, sabiq nazir müvəqqəti atəşkəs ehtimalını istisna etmir, amma belə bir rejimin uzunömürlü olmayacağını vurğulayır. Onun fikrincə, buna səbəb Rusiyanın təxribatları olacaq.

“Guya Ukrayna dronlarının Putinin Valdaydakı iqamətgahına hücumu ilə bağlı hekayəni xatırlayın. Atəşkəs rejimi də məhz bu cür işləyəcək”, – deyə o izah edib.

Kulebanın qənaətinə görə, müharibələr yalnız bütün tərəflərdə güclü istək olduqda başa çatır. Hazırda isə belə bir uyğunluq yoxdur: Rusiya məqsədlərinə hərbi yolla çata biləcəyinə inanır, Ukrayna isə müdafiəni saxlaya biləcəyini düşünür. Eyni zamanda tərəflərin kompensasiyaedici resursları var – Rusiyanın arxasında Çin, Ukraynanın arxasında isə Avropa dayanır.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
globalinfo.az

1Mənbələr