Çirkli pulların yuyulmasında ittiham olunan Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili günahını boynuna alıb.
Bu barədə Gürcüstan Respublikası Baş Prokurorluğunun saytında məlumat verilib.
Nəşrdə deyilir: "Gürcüstan Prokurorluğu təqsirləndirilən şəxs İrakli Qaribaşvili ilə təqsirin etirafı barədə razılaşma imzalayıb və bu razılaşmaya əsasən, keçmiş baş nazir Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulan cinayətə görə beş il müddətinə azadlıqdan məhrum edilib".
Nazirlik əlavə edib ki, Qaribaşvili əlavə cəza olaraq 1 milyon lari (təxminən 373.000 dollar) məbləğində cərimə olunub. O, həmçinin cinayətkar fəaliyyətindən əldə etdiyi gəlirdən və evində axtarış zamanı müsadirə edilən pullardan məhrum ediləcək.