AZ

Azərbaycanda risk əsaslı tənzimləməyə keçid həyata keçiriləcək

Azərbaycanda sığorta sektorunda IFRS 17 beynəlxalq uçot standartlarının tətbiqi üzrə tənzimləmələr hazırdır.

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov DOST TV-nin "Sığortalı Dost" verilişində deyib.

Onun sözlərinə görə, bazara nəzarət bu mexanizmlərə əsasən həyata keçiriləcək:

"Həmçinin müxtəlif sığorta xidmətlərində, o cümlədən aqrar sığorta sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır. Müxtəlif könüllü sığorta xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də addımlar atılacaq", - deyə V. Qurbanov bildirib.

O əlavə edib ki, gələn ildən sığorta sektoru üzrə "Solvency II" rejiminə də keçid planlaşdırılır:

"Bizim strateji hədəflərimizdən biri risk əsaslı tənzimləmə və nəzarətə keçiddir. Bu çərçivədə sığortaçıların kapitalının və maliyyə dayanıqlığının qiymətləndirilməsi risk əsaslı tənzimləmə alətləri ilə aparılacaq. Hədəfimiz "Solvency II" rejiminə keçiddir".

V. Qurbanov bildirib ki, növbəti il "Solvency II" rejiminə keçidlə bağlı tənzimləmə istiqamətləri icra olunacaq və sığortaçılar artıq bu standartlara uyğun xidmət göstərəcəklər.

"Cebheinfo.az"

Seçilən
33
cebheinfo.az

1Mənbələr