AZ

Filippində torpaq sürüşməsi - 8 ölü

Filippinin Sebu şəhərində tullantıların idarə edilməsi və çeşidlənməsi müəssisəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 8-ə yüksəldiyi bildirilib.

"Cebheinfo.az" Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, səlahiyyətlilər 8 yanvar tarixində Sebu şəhərinin Binaliv bölgəsində yerləşən tullantı müəssisəsində baş verən hadisə ilə bağlı açıqlama veriblər.

Digər tərəfdən, Filippin Hərbi Dəniz Qüvvələrinin açıqlamasında Visayas bölgəsinə cavabdeh olan Mərkəzi Dəniz Qüvvələri Komandanlığının əraziyə axtarış-xilasetmə və təxliyə qrupu göndərdiyi bildirilib.

Vurğulanıb ki, davam edən axtarış-xilasetmə işlərinə dəstək məqsədilə göndərilən qrup texniki xilasetmə avadanlıqları və fərdi qoruyucu sistemlərlə təchiz olunmuş, xüsusi təlim keçmiş dənizçilərdən ibarətdir.

Qrupun yanğınsöndürmə xidməti və polis başda olmaqla digər qurumlarla koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyi qeyd edilib.

Həmçinin mümkün ikinci dərəcəli risklərə qarşı ərazidə torpaq şəraitinin davamlı nəzarətdə saxlanıldığı və zərurət yarandığı halda əməliyyat planlarında dəyişiklik ediləcəyi bildirilib.

Seçilən
60
1
cebheinfo.az

2Mənbələr