AZ

“Flik gəlməsəydi, “Barselona”dan gedəcəkdim”

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

“Barselona”nın futbolçusu Rafinya İspaniya Superkubokunda “Real”ı məğlub etdikləri oyundan (3:2) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, matçda dubl edən braziliyalı oyunçu baş məşqçi Hansi Flikin komandadakı təsirinə toxunub:

“Bu gün vacib olan komandadakı inam və birləşmə istəyidir. Meydanda nə lazım idisə, etdik. Flik gəlməsəydi, “Barselona”dan gedəcəkdim. Lakin onun gəlişi ilə hər şey dəyişdi. Fərdi söhbətimiz oldu və mənə komandanın vacib fiquru olacağımı dedi. İndi isə bunun bəhrəsini görürəm”.

Rafinya bu mövsüm 17 oyunda 11 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
futbolpress.az

1Mənbələr