AZ

Siqaret çəkmək mədəaltı vəzin xərçənginə səbəb olaBİLƏR

Siqaret çəkmək mədəaltı vəzin xərçənginə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə həkim-onkoloq, kimyaterapevt Maqomed Sulimanov lenta.ru-ya açıqlamasında xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, mədəaltı vəzin xərçəngi onkoloji xəstəliklər arasında ən aqressiv və çətin müalicə olunan növlərdən biridir. Bu xəstəliyin yaranmasının əsas səbəblərindən biri məhz siqaret çəkməkdir. Sulimanov bildirib ki, tütün yandıqda əmələ gələn təhlükəli kanserogen maddələr bir neçə saniyə ərzində qana daxil olur və onların böyük hissəsi mədəaltı vəzə çataraq hüceyrələrdə tədricən mutasiyalara səbəb olur.

Onun sözlərinə görə, siqaret tüstüsündə nikotindən başqa, nitrozaminlər kimi çoxsaylı digər kanserogen maddələr də mövcuddur. Bu maddələr mədəaltı vəzi sürətlə zədələyir və sağlam hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsini sürətləndirir.

Həkim vurğulayıb ki, siqaret çəkən insanlarda mədəaltı vəzin xərçənginə tutulma riski çəkməyənlərlə müqayisədə iki-üç dəfə daha yüksəkdir. Risk siqaret çəkmə müddəti və gündə çəkilən siqaretlərin sayı artdıqca daha da yüksəlir.

Aytəkin TOFİQQIZI

Seçilən
58
1
redaktor.az

2Mənbələr