AZ

“Şimal” komandası üç yoldaşlıq oyununa çıxacaq

Xaçmaz, 12 yanvar, Elxan Yusifli, AZƏRTAC

Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan Xaçmazın “Şimal” futbol klubu ikinci dövrənin hazırlıqlarına başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, komanda hazırlıq çərçivəsində 3 yoldaşlıq matçında qüvvəsini sınayacaq.

“Şimal” yanvarın 17-də “Şahdağ”, 24-də “Qaradağ Lökbatan”, 29-da isə “Şəfa” ilə qarşılaşacaq.

I Liqada 2025-2026-cı illər futbol mövsümündə 10 komanda mübarizə aparır. İlk dövrədən sonra hesabında 5 xalı olan “Şimal” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Seçilən
52
azertag.az

1Mənbələr