AZ

Dua edib söyüş söyməsindən danışdı - VİDEO

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev sosial şəbəkələrdə hazırlanan videosundan danışıb. Belə ki, o, meydana çıxanda dua edir, amma matçın gedişində söyüş söyür.

Ölkə.Az xəbər verir ki, "atlılar"ın təmsilçisi gülərək həmin videonu izlədiyini deyib.

"İzləmişəm. Meydana girəndə dua edirəm ki, qırmızı vərəqə almayım. Ümumiyyətlə, hər zaman dua ilə başlayıram. Əldə etdiklərimi Allah mənə verib. Dua edirəm ki, səbirli olum, özümü cilovlaya bilim, şansım yaxşı olsun. İndi arada nəsə olur, amma qurtamışam. Artıq söyüş söymürəm. Səhvlər olur, amma olmamalıdır”, - "Qafqazinfo"ya müsahibəsində söyləyib.

E.Cəfərquliyev bəzən aqressiv davranmasından da söz açıb: “Mənim mövqeyim elədir ki, orada çılğın olmamaq mümkün deyil. Çünki elə bir futbolçuyam ki, 90 dəqiqə mövqeyim boyunca hərəkətdəyəm. İnsan bədəni elədir ki, çox yoruluram. Yorğunluq da aqressiya yaradır, bunu da çılğın olmağımda səbəb kimi görürəm. Bütün mübarizələrin içində varam, həm müdafiədə, həm yarımmüdafiədə, həm hücumda iştirak edirəm. Düşünürəm ki, bu da mənim xeyrimədir. Xarakterimdə aqressivlik olmasa, bəlkə də indiki səviyyəyə gəlməzdim. Çünki mən uduzmağı sevmirəm, uduzmağı bacarmıram. Tənqidlərə açıq bir insanam. Təhqir olmasın, amma tənqid problem deyil. Onları oxuyanda düşünürəm ki, meydana çıxıb əksini sübut etməliyəm. Epizodlarıma bəzən maraqlı şərhlər yazırlar və özüm də ona baxıb gülürəm. Çox vaxt dostlarım gəlib göstərir ki, sənə filan şərhi yazıblar”. 

Seçilən
54
1
olke.az

2Mənbələr