Mario Balotelli karyerasını Dubayda davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya millisinin sabiq hücumçusu BƏƏ-nin II liqa təmsilçisi “Əl-İttifak”a transfer olunub.
35 yaşlı futbolçu klubla 2,5 illik müqavilə imzalayıb. Dubay təmsilçisi hazırda 12 turdan sonra 6 xalla turnir cədvəlinin son pilləsində yer alır.