AZ

"Qızıl Qlobus"un qalibləri bəlli oldu

Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən nüfuzlu tədbirlərdən biri olan “Qızıl Qlobus” 83-cü dəfə qaliblərini seçdi.

Hafta.az xəbər verir ki, “Oskar” mükafatının xəbərçisi kimi səciyyələndirilən mərasimin aparıcısı komediya ustası Nikki Qleyzer oldu.

Qaliblərə gəldikdə isə dram janrında ən yaxşı film “Hamnet”, ən yaxşı komediya/müzikal filmi isə “Döyüşdən sonra döyüş” seçildi. Eyni adlı film ən yaxşı rejissor adını Paul Tomas Andersona qazandırdı.

Dram janrında ən yaxşı aktrisa Cessi Bakli, ən yaxşı aktyor isə Vaqner Moura seçildi. Ən yaxşı animasiya filmi nominasiyasının qalibi isə “Key-Pop demon ovçuları” oldu.

 

Seçilən
48
hafta.az

1Mənbələr