AZ

Paytaxtın məşhur restoranında BƏDBƏXT HADİSƏ: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANIB

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gün Bakının Nizami küçəsində yerləşən "Bonte" restoranında tavanın çökməsi nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzdən bildirilib ki, yanvarın 11-də, saat 17:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami küçəsindən təcili çağırış qeydə alınıb.

"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən bir nəfərə (qadın) yerində tibbi xidmət göstərilib və qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1983-cü il təvəllüdlü (qadın) şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

13:12

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən "Bonte" restoranında tavan çöküb.

Oxu.Az Gününsəsi.info-ya istinadən xəbər verir ki, restoranın tavanının çökməsi nəticəsində orada çalışan işçilər xəsarət alıblar.

Xəsarət alan əməkdaşlar xəstəxanaya çatdırılıblar. Bildirilir ki, yaralı əməkdaşların başına tikiş qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Özünü restoranın administratoru kimi təqdim edən Sani Quliyev faktı təsdiq edib. O deyib ki, hadisə zamanı bir nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
oxu.az

1Mənbələr