Vətəndaşların həftəlik qəbulu cədvəlinə uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu gün rayon sakinlərini qəbul edib. Qurumun inzibati binasında keçirilən qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatının vəzifəli şəxsləri, MKTB və Yasamal Bələdiyyəsinin rəhbərləri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov üzləşdikləri problem və çətinliklər bərədə məlumat verməyi xahiş etdi. Söz alan Yasamal sakinləri məşğulluq, sosial yardım, iaşə obyektləri, ticarət köşklərinin fəaliyyəti və bir sıra sosial məsələlər qaldırdılar.
İcra başçısı Elşad Həsənov iki saat davam edən qəbulda vətəndaşların problemlərinin həlli ilə bağlı aparat əməkdaşlarına bir sıra göstəriş və tapşırıqlar verdi. Qaldırılan digər məsələlər isə nəzarətə götürülərək onların həll müddətləri müəyyən edildi. Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla inzibati binada və səyyar qaydada həftəlik görüş və qəbulları davam edir.