AZ

ABŞ-də minlərlə tibb bacısı etiraz edir

Bakı. Trend:

ABŞ-nin Nyu-York şəhərinin səhiyyə sisteminə daxil olan üçxəstəxanasında çalışan minlərlə tibb bacısı rəhbərliklədanışıqların iflasa uğramasından sonra tətilə çıxıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Danışıqlar prosesində onların nümayəndələri əmək müqaviləsininbəzi şərtləri ətrafında orta məxrəcə gələ bilməyiblər.

Nyu-YorkunTibbi Bacıları Assosasiyasının məlumatına görə, etirazaksiyasında 15 minə yaxın tibb bacısı iştirak edir.

Qrip və respirator xəstəliklərlə bağlı xəstəxanalaramüraciətlərin əhəmiyyətli dərəcədə artması fonunda bu tətilinpasiyentlərin başqa xəstəxanalara köçürülməsinə, müayinəprosedurlarının təxirə salınmasına və başqa məhdudiyyətlərə yol açabilər.

Qeyd edək ki, tibb işçilərinin əsas tələbi iş yükününazaldılması, insan resurslarının və əmək təhlükəsizliyisəviyyəsinin artırılmasıdır. Həmkarlar ittifaqlarının bildirdiyinəgörə, Nyu-Yorkda tibb bacılarının sayı az olduğundan onlar həddənartıq işlə yüklənirlər.

Məqalədə:
Seçilən
57
az.trend.az

1Mənbələr