AZ

İran parçalanır- Bu dövlətlər YARANACAQ

Əgər İranda həqiqətən rejim dəyişərsə, bu, Yaxın Şərqdə hansı hadisələrə səbəb ola bilər? Mövzu ilə bağlı politoloq Turan Rzayev Ajans.az-a açıqlama verib. 
Politoloq bildirib ki, İranda hələ də aksiyalar davam edir. İlk farslar yaşayan ərazilərdə baş qaldırsa da, indi qeyri-etniklərin də yaşadığı əraziləri bürüyüb. Aksiyaların tək səbəbi mövcud rejimə qarşı deyil. Digər səbəb İranın devrilmiş şahı Rza Pəhləvilər üçün də keçərlidir.  Əgər farslar molla rejiminə qarşı aksiyalar keçirirsə, qeyri-etniklər də keçmiş rejimə öz etirazlarını bildirirlər. Aksiyalara müdaxilələr var amma yetərli deyil. Silahlı müdaxilələr artdığı halda və ölənlərin sayında artım sürətlənərsə, radikallaşmanın güclənməsinə səbəb olacaq. Bu da ölkə daxilində vətəndaş müharibəsinə yol aça bilər.  Turan Rzayev açıqlayıb ki, vətəndaş müharibəsi ABŞ-nin, Qərbin və İsrailin İrana müdaxilələrini  artıra bilər. İranda Pəhləvilərin hakimiyyətə gəlməsi ciddi prosesdir. ABŞ isə hələ izləyir. İsrail dövlətinin də məqsədi İranı parçalamaqdır. Bunun üçün də Pəhləvilərin hakimiyyətə gəlməsi şərtdir. Nəticədə, Güney Azərbaycan və Kürdistan dövlətləri yarana bilər. Bu isə, İsrailin xeyrinədir.  Politoloqun sözlərinə görə, İranın parçalanması Yaxın Şərqin xəritəsini tamam dəyişə bilər. İsrail özü illərdir, iki dövlətin yaranması üçün proseslərdə fəallıq göstərir.  ABŞ-nin İrandakı vəziyyətlə bağlı verdiyi açıqlamalar İran daxilinə ciddi təsir göstərmir. Yalnız Donald Tramp və ya digər rəsmi şəxslərin bəyanatları gedişatı dəyişə bilər.  Ekspert həmçinin , etirazların bitməsi məsələsinə də aydınlıq gətirib.  Qeyd edilib ki, ilkin səbəb İran pulunun( realının) düşməsidir. Aksiyaların tez bitməsi üçün daxildə nüvə danışıqlarına başlanılmalıdır və sanksiyalar geri çəkilməlidir. Sonra isə, İran realının devalivasiyası dayandırıla bilər. Nəticədə, ölkədə sosial rifah bərpa ediləcək. 

Lakin burada etniklərin də öz tələbləri olacaq. Mədəni muxtariyyətlər tətbiq edilməli, təhsil, etniklərin siyasi təmsil hüquqları təmin edilə bilər.  Amma bu kəskin molla rejimi ilə ziddiyyət təşkil etdiyi üçün baş verməsi mümkünsüzdür.

Seçilən
25
Ajans.az

1Mənbələr