Azərbaycan Respublikası Mediasiya Şurasının İntizam Komissiyasının üzvü və Türk Dünyası Mediatorlar Birliyinin üzvü Venera Əsgərova Başkent Mediasiya Mərkəzini ziyarət edib.
Venera Əsgərova Başkent Mediasiya Mərkəzinin üzvləri ilə Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasında mediasiya sahəsi, mediasiya təşkilatları və ailə mediasiyası mövzularında fikir mübadiləsi aparıb.