Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Kiprin paytaxtı Nikosiyada Rusiya səfirliyinin əməkdaşı kabinetində ölü tapılıb.Bakupost.az xəbər verir ki, bu barədə “ANT1” telekanalı məlumat yayıb.Məlumata görə, hadisə yerinə gələn Kipr polisi səfirlik ərazisinə buraxılmayıb və mərhumun cəsədi hüquq-mühafizə orqanlarına diplomatik missiyanın həyətində təhvil verilib.Xəbərdə deyilir ki, səfirlik nümayəndələri polisə ölümün intihar nəticəsində baş verdiyini, mərhumun vida məktubu qoyduğunu bildiriblər. Həmin məktubun Moskvaya göndəriləcəyi qeyd olunub. Sonradan Rusiya səfirliyinin rəsmi “Telegram” kanalında A.V. Panov adlı əməkdaşın öldüyü və cəsədinin Rusiyaya aparılacağı barədə məlumat yayılıb.Bu hadisədən bir gün əvvəl isə Kiprdə 56 yaşlı “Uralximiya” şirkətinin sabiq direktoru Vladislav Baumgertnerin itkin düşüb. Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.