AZ

Konor Makqreqor Kim Kardaşyanla qohumdur?

UFC-nin keçmiş ikiqat çempionu Konor Makqreqor oğlu ilə birgə keçirdiyi yayım zamanı ailəsi ilə bağlı gözlənilməz fakt açıqlayıb.

Publika.az xəbər verir ki, böyük oğlundan Kim Kardaşyan və Kanye Uestin oğlu Seynti tanıyıb-tanımadığı soruşularkən Makqreqor söhbətə müdaxilə edərək ailələrinin qohum olduğunu bildirib.

Makqreqorun sözlərinə görə, onlar Kardaşyan ailəsini tanıyırlar və əslində kuzen sayılırlar. O qeyd edib ki, genealogiya ağacı tərtib edilib və hər iki ailənin nəsil şəcərəsi Makqreqorlar klanından olan qədim şotland döyüşçüsü Robert Roy Makqreqora gedib çıxır. Konorun sözlərinə görə, Kardaşyanlar da öz soylarını məhz ondan götürürlər.

Makqreqor əlavə edib ki, Kardaşyan ailəsi onun bəzi döyüşlərini canlı izləyib və onları yaxşı insanlar kimi xarakterizə edib. O, sonda Kardaşyanlara müraciət edərək, əgər bu yayımı izləyirlərsə, onlara salam göndərib.

Seçilən
39
publika.az

1Mənbələr