AZ

“Biletim.az”da “Apple Pay” və “Google Pay”dən istifadə edərək ödəniş etmək mümkün oldu

Bakı.Trend:

Bu gündən “biletim.az” portalından onlayn bilet alan sərnişinlərüçün yenilik tətbiq edilir. Belə ki, artıq portalda bank kartıməlumatlarını daxil etmədən “Apple Pay” və “Google Pay”dən istifadəedərək ödəniş etmək imkanı yaradılıb.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, “Biletim.az” portalında 56 şəhər və rayona, 86istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 349 reys olmaqla 397nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələlişəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı vəavtovağzalları əhatə edəcək.

Qeyd edək ki, “biletim.az” portalı vaxta qənaət, müştəriməmnuniyyətinin təmin edilməsi və ölkədə nağdsız ödənişdövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərəmalikdir. Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzilbaşına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalıvasitəsilə əldə etmələri tövsiyə olunur.

Məqalədə:
Seçilən
72
4
az.trend.az

5Mənbələr