AZ

“Qrenlandiyanı müdafiəsi xizəyə bağlanmış iki itdən ibarətdir”

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər ABŞ Qrenlandiyanı “ələ keçirməsə”, Rusiya və ya Çin bunu edə bilər.

Yeniavaz.com xəbər verir ki, o bunu “Air Force One” təyyarəsində jurnalistlərlə söbəti zamanı deyib.

ABŞ Prezidenti bildirib ki, adanın demək olar ki, heç bir müdafiə sistemi yoxdur:

“Bilirsinizmi, onların müdafiəsi nədir? Onların müdafiəsi, mahiyyət etibarilə, xizəyə bağlanmış iki itdən ibarətdir”.

Qeyd edək ki, Qrenlandiyanın əhalisi təxminən 57 min nəfərdir və əksəriyyəti İnuitlərdir (əsl adı Kalaallisut olan Qrenlandiya İnuitlərinin arxaik adı), bəziləri isə Danimarka və İslandiya mənşəlidir.

Trampın bəhs etdiyi xizək itləri ötən əsrin ortalarından bəri Qrenlandiyanın şimal-şərqində patrul xidməti aparan Danimarka Hərbi Dəniz Qüvvələrinin elit bölməsi olan “Sirius”a məxsusdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
2
yeniavaz.com

3Mənbələr