Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Qızılın qiyməti tarixi maksimumunu yenilənib. "Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir troya unsiyası üçün 4 600 dolları ötərək, tarixi maksimumu yeniləyib.
Bunu ticarət platformasının məlumatları göstərir. Məlumata görə, qızılın qiyməti Bakı vaxtı ilə saat 04:47-də 1.92% artaraq, bir troya unsiyasına görə 4 605 dollar təşkil edib. Bakı vaxtı ilə saat 04:55-də isə qızılın qiyməti daha 2.03 faiz artaraq, 4 610.1 dollara çatıb.
İqtisadçı Xalid Kərimli “Sherg.az”a açıqlamasında qızıl bazarındakı bahalaşma dünyada hökm sürən qeyri-müəyyənliklərlə əlaqələndirib. Onun fikrincə, Venesuela prezidentinin ABŞ tərəfindən həbs edilməsi ilə bağlı xəbərlər, İranda baş verən iğtişaşlar, eləcə də Rusiya–Ukrayna münaqişəsinin davam etməsi qlobal təhlükəsizlik risklərini artırır və investorları daha etibarlı aktivlərə yönəldir. Bu prosesdə qızıl “təhlükəsiz liman” funksiyasını gücləndirərək daha çox tələb görür.
Ekspert əlavə edib ki, ABŞ-da dolların faiz dərəcələrinin aşağı salınması və gələcəkdə daha da endiriləcəyi ilə bağlı gözləntilər də qızılın bahalaşmasına mühüm təsir göstərir:
“Faizlərin enməsi dolların cəlbediciliyini zəiflədir və investorları alternativ olaraq qiymətli metallara üstünlük verməyə vadar edir. Bu amillərin cəmi nəticəsində 2026-cı ildə qiymətli metalların yüksək qiymət səviyyəsində qalacağı və qızılın ümumilikdə təxminən 10 faiz bahalaşacağı gözlənilir”.
X. Kərimlinin fikrincə, qarşıdakı dövrdə qlobal siyasi və iqtisadi risklər davam edərsə, qızıl həm investorlar, həm də mərkəzi banklar üçün strateji aktiv olaraq öz əhəmiyyətini qoruyacaq.
İqtisadçı onu da qeyd edib ki, manat–dollar məzənnəsi baxımından 2026-cı ildə ciddi risklər gözlənilmir və dolların manata nisbətdə stabil saxlanılması ehtimalı yüksəkdir. Onun sözlərinə görə, hazırkı mərhələdə makroiqtisadi göstəricilər, valyuta ehtiyatları və fiskal balans məzənnəyə təzyiq yaradan amillərin olmadığını göstərir. Lakin ekspert vurğulayıb ki, qlobal proseslərin sürətlə dəyişdiyi bir şəraitdə 3–5 aydan sonrakı vəziyyətlə bağlı qəti proqnoz vermək çətindir və mümkün risklər daim diqqətdə saxlanılmalıdır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.