Dogru.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 12-də ölkədəki etirazlarla bağlı açıqlama verib.
Doğru.az xəbər verir ki, Əraqçi xarici səfirlərlə görüşdə bildirib ki, İran hakimiyyəti etirazçıları nəzarət altına alıb və vəziyyət sabitdir. O, vəziyyətin “hazırda tam nəzarət altındadır” olduğunu qeyd edib.
Nazir həmçinin etirazların xarici ünsürlər tərəfindən təhrik edildiyini və alovlandırıldığını bildirib. Təhlükəsizlik qüvvələrinin iğtişaşların təşkilində iştirak edən şəxsləri “ovlayacağı” vurğulanıb.
Əraqçi əvvəllər ABŞ və İsrailin ölkədəki iğtişaşlarda iştirakına dair dəlillərin mövcud olduğunu açıqlamışdı.
Bildirilib ki, iğtişaşçılar İranda təxminən 150 təcili yardım maşınını məhv ediblər.
DOĞRU.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.