Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.
Hindistan və Almaniya "Project 75I" çərçivəsində sualtı qayıqların tikintisi ilə bağlı danışıqları müsbət istiqamətdə davam etdirir.
BAKU.WS xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirinin birinci müavini Vikram Misri, Hindistanın Baş naziri Narendra Modi ilə Almaniya kansleri Fridrix Merts arasında aparılan danışıqların yekunlarına həsr olunmuş brifinqdə bildirib.
"Danışıqlar müsbət məcrada gedir, lakin hələ başa çatmadığı üçün hazırda hansı mərhələdə olduğumuzu dəqiq demək çətindir. Müzakirələr konstruktiv şəkildə davam edir və biz müsbət nəticə gözləyirik", – deyə Misri vurğulayıb.
Altı ədəd dizel-elektrik sualtı qayığının tikintisini nəzərdə tutan layihənin ümumi dəyəri 8,3 milyard dollar olaraq qiymətləndirilir. Layihədə Almaniyanın "TKMS" gəmiqayırma şirkəti ilə Hindistanın dövlətə məxsus "Mazagon Dock Shipbuilders Ltd" şirkətinin iştirakı nəzərdə tutulur. Müqavilə bağlanacağı təqdirdə, bu razılaşma ölkə tarixində ən iri müdafiə müqavilələrindən biri ola bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.