Pakistanın Xayber Paxtunxva əyalətində polis maşınına bombalı hücum həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Pakistanın daxili işlər naziri Möhsün Nəqvi açıqlama yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində 6 təhlükəsizlik əməkdaşı həlak olub.
Pakistanlı nazir hücumu pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.