AZ

Tehranda yüz minlərlə insan küçələrə çıxdı

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

İranın paytaxtı Tehranda mövcud hökumətə dəstək aksiyası keçirilib.

BAKU.WS İRİB-ə istinadən xəbər verir ki, aksiyada iştirak edən insanlar ölkədə sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, ötən gün ölkənin prezidenti Məsud Pezeşkian xalqı hazırkı hakimiyyətə dəstək vermək küçələrə çıxmağa çağırmışdı.

Son məlumatlara görə, ölkə daxilində baş verən iğtişaşlarda 500-dən çox insan həlak olub. 490 etirazçı və 48 təhlükəsizlik əməkdaşının öldüyü təsdiqini tapıb.

Bundan əlavə, iki həftə davam edən aksiyalarda 10 600-dən çox insan həbs olunub.

İran hökuməti iğtişaşlarda həlak olanlar üçün üçgünlük ümummilli matəm elan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
baku.ws

1Mənbələr