AZ

Şəmkir xəstəxanasındakı yeni qaydalar narazılıq yaratdı Şikayətə rəsmi cavab

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında yeni qaydaların tətbiqi vətəndaşların narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

İddia olunub ki, xəstəxanada tibbi xidmətlərdən istifadə etmək üçün hər kəs anket açdırmağa yönləndirilsə də proses şəffaf aparılmır.

Vətəndaşların sözlərinə görə, anketin açılması üçün ya xəstəxanada tanış həkim tapmalısan, ya da şəhid ailəsi statusuna malik olmalısan. Əks halda müraciət edən şəxslərin işləri gecikdirilir və ya ümumiyyətlə qəbul edilmir. Nəticədə uzun-uzadı növbələr yaranır.

Oxu.Az-ın sorğusuna cavab olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu şikayət əsassızdır:

"Xəstəxanada anket və qeydiyyat prosesi mövcud qaydalara uyğun aparılır. Anketin açılması şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir. Bu tələblər məlumatların düzgünlüyünün təmin edilməsi və sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.

Qeyd edək ki, şəhid ailələri və müharibə veteranları üçün qanunvericiliklə müəyyən edilmiş imtiyazlar mövcuddur və həmin şəxslərə xidmət göstərilərkən bu amil nəzərə alınır. Lakin bu imtiyazlar da rəsmi sənədlər əsasında tətbiq olunur.

Xəstəxanada yaranan növbələr vətəndaş müraciətlərinin çoxluğu ilə bağlıdır və prosesin daha səmərəli təşkili üçün tədbirlər görülür. Vətəndaşlardan xahiş olunur ki, qarşılıqlı anlayışa və qaydalara riayət etsinlər.

Nəzərə çatdıraq ki, yarana biləcək neqativ halların qarşısının alınması məqsədilə üçün məsul şəxs təyin edilib".

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
oxu.az

2Mənbələr