AZ

Fransada 18 19 yaşlı gəncləri hərbi xidmətə cəlb etməyə başlayıblar

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fransada gənclərin hərbi xidmətə cəlb edilməsi kampaniyası başladılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "France24" məlumat yayıb.

Fransanın müdafiə naziri Ketrin Votrin bu gün Parisdə keçiriləcək mətbuat konfransında proqramın təfərrüatını təqdim edəcək.

Məlum olub ki, Fransa ordusu bu ay namizədlərin seçilməsinə start verəcək. Yeni əsgərlər əvvəlcə 30 günlük təlim keçəcəklər, bundan sonra orduda doqquz ay xidmət edəcəklər. Könüllülərin təxminən 80%-i 18-19 yaşlı gənclər olacaq və onların xidməti ali təhsilə başlamazdan əvvələ planlaşdırılıb.

Büdcə məhdudiyyətləri səbəbindən proqram tədricən genişləndiriləcək.

Qeyd olunur ki, plana əsasən, ilk ildə 3000, 2030-cu ilə qədər ildə 10 000 və 2035-ci ilə qədər 42 500 gəncin orduya çağırılması nəzərdə tutulub.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron ölkədə könüllü hərbi xidmətin tətbiqini təklif etmişdi. O, bu ideyanı ilk dəfə Cənubi Afrikada keçirilən G20 sammiti zamanı səsləndirib. Həmin vaxt Makron layihənin uzun müddətdir müzakirə edildiyini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
oxu.az

1Mənbələr