AZ

Luvr muzeyi bağlandı – İşçiləri etiraz edir

Bakı. Trend:

Fransada Luvr muzeyinin əməkdaşları rəhbərliklə yaranmış fikirayrılıqları fonunda növbəti dəfə tətil elan ediblər. Bu səbəbdənmuzey bu gün ziyarətçiləri qəbul etməyəcək.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Əziz ziyarətçilər, tətil səbəbindən bu gün Luvr bağlıdır. Günərzində muzey kassasında bilet bron etmiş şəxslərə biletin ödənişiavtomatik qaytarılacaq, əlavə heç bir tədbir görməyə ehtiyacyoxdur”, – deyə Luvrun rəsmi saytında yerləşdirilən elandabildirilir.

Məlumata görə, tətilin davam etdirilməsi barədə qərar muzeyinaparıcı həmkarlar ittifaqları tərəfindən 12 yanvar səhər keçiriləniclasda qəbul edilib. Onlar Mədəniyyət Nazirliyi və Luvr rəhbərliyiilə mövcud problemlərin müzakirəsində əldə olunan irəliləyişiyetərsiz hesab ediblər.

Bu, əmək şəraitinin və muzeyin idarəetmə üsullarınınyaxşılaşdırılmasını tələb edən, hazırkı administrasiyanın siyasətiilə razılaşmadığını ifadə edən muzey əməkdaşlarının ardıcılsəkkizinci tətilidir. Beləliklə, Parisda çərşənbə axşamları Luvrunfəaliyyət göstərmədiyi nəzərə alınsa, muzey ən azı 14 yanvartarixinədək ziyarətçilər üçün bağlı qalacaq.

Məqalədə:
Seçilən
92
2
az.trend.az

3Mənbələr