Bakı. Trend:
Zelenskinin məndən başqa "kozır"ı qalmayıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “The NewYork Times” qəzetinə verdiyi müsahibədə deyib.
“Onun heç bir "kozır"ı yoxdur. Onun heç (müharibənin) birincigünündən əlində "kozır"ı olmayıb. İndi onun yalnız bir şeyi var –Donald Tramp”, - deyə o bildirib.
Donald Tramp əlavə edib ki, “əgər onun Donald Trampı olmasa, bu,tam fəlakət olacaq və bunu o da, Avropa liderləri də yaxşıbilir.
Sülh danışıqlarının vaxtı ilə bağlı suala cavab olaraq Trampvurğulayıb ki, bu istiqamətdə konkret təqvim mövcud deyil.
“Biz mümkün olan hər şeyi edirik. Mənim müəyyən edilmiş vaxtcədvəlim yoxdur. Əgər biz hər şeyi ediriksə, sadəcə müharibəninbitdiyini görmək istəyirik. Bu, bizim mövqeyimizdir. Düşünürəm ki,əgər mən prosesə cəlb olunmasaydım, bu, Üçüncü Dünya Müharibəsinəçevrilə bilərdi. Hər şey çox pis gedirdi, çox pis. Bu, bir daha başverməyəcək,” – deyə o bildirib.