AZ

Pezeşkian da mitinqə qoşuldu

BAKI, 12 yanvar. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian Tehranda hakimiyyətə dəstək və kütləvi nümayişlərə etiraz mitinqində iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İran Prezidenti paytaxtın mərkəzindəki “İnqilab” meydanında aksiyaya qoşulub.

Hakimiyyət əleyhinə etirazlara qarşı çıxış edən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi də tədbirdə iştirak edib.

Xatırladaq ki, bu gün İranın dövlət televiziyası hökumətyönlü mitinqlərin Bircənd, Zahedan, Zəncan, İlam, Kirman, Qum, Rəşt, Həmədan və Şəhr-e Kord şəhərlərində keçirildiyini açıqlamışdı.

Seçilən
57
1
teleqraf.com

2Mənbələr