AZ

Azərbaycanda 6 investisiya şirkətin dövlət istiqrazları üzrə dövriyəsi 100 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazları üzrə həyata keçirdikləri əməliyyatların həcmi açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə dövlət qiymətli kağızları bazarında ən böyük paya sahib olan şirkətlər məlum olub.

Renkinqə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC liderlik edir. Şirkətin dövlət istiqrazları üzrə əməliyyat həcmi 12 milyard 209 milyon 602 min 214 manat təşkil edib.

İkinci yerdə "ABB İnvestisiya Şirkəti" QSC qərarlaşıb – burada dövriyyə 5 milyard 71 milyon 204 min 237 manat olub.

"CPM-İnvest İnvestisiya Şirkəti" QSC 493 milyon 108 min 773 manat göstərici ilə üçüncü sırada yer alıb. "İnvest-Az İnvestisiya Şirkəti" QSC isə 343 milyon 464 min 70 manat həcmlə dördüncü olub.

Digər investisiya şirkətlərinin göstəriciləri aşağıdakı kimidir:

"Unicapital İnvestisiya Şirkəti" ASC dövlət istiqrazları bazarında 187 milyon 58 min manat, "Assist Finance İnvestisiya Şirkəti" ASC isə 123 milyon 483 min 776 manat əməliyyat həyata keçirib.

"Capital Partners İnvestisiya Şirkəti" QSC 49 milyon 455 min 122 manat nəticə göstərib. "Inno Kapital İnvestisiya Şirkəti" ASC 39 milyon 107 min 470 manat həcmlə siyahıda yer alıb.

"MFX Trading İnvestisiya Şirkəti" üzrə dövriyyə 37 milyon 853 min 386 manat, "CFI FINANCIAL İnvestisiya Şirkəti" QSC-də isə 18 milyon 931 min 796 manat təşkil edib.

Siyahının son pillələrini "Troni İnvestisiya Şirkəti" QSC (1 milyon 958 min 318 manat) və "Xalq Kapital İnvestisiya Şirkəti" QSC (1 milyon 349 min 942 manat) tamamlayır.

ASC "Xalq" Bankı üzrə isə hesabat dövründə dövlət istiqrazları ilə əməliyyat qeydə alınmayıb (0 manat).

Seçilən
10
fed.az

1Mənbələr