AZ

CAF Afrika Millətlər Kubokundakı xoşagəlməz olaylarla bağlı araşdırmalara başladı

Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kubokunun 1/4 final mərhələsinin Əlcəzair - Nigeriya və Kamerun - Mərakeş oyunlarından sonra qeydə alınan xoşagəlməz hadisələrlə bağlı araşdırmaya başlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.

Bəzi oyunçuların və rəsmi şəxslərin qeyri-etik davranışlarını əks etdirən videogörüntülərin və hesabatların araşdırılması üçün İntizam Komitəsinə təqdim edildiyi bildirilib. CAF həmçinin media zonasında bəzi jurnalistlərin qeyri-peşəkar davranışlarını da nəzarətə götürüb. Qurum matç rəsmilərini və təşkilatçıları hədəf alan istənilən neqativ hərəkəti qətiyyətlə pisləyib və günahkar şəxslərə qarşı cəza tədbirlərinin görüləcəyini bəyan edib.

Araşdırmanın nəticələrinin yaxın günlərdə açıqlanacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Mərakeşdə keçirilən Afrika Millətlər Kuboku yanvarın 18-də yekunlaşacaq.

Seçilən
2
1
fanat.az

2Mənbələr