AZ

"Qalatasaray"ın yeni transferi ilə bağlı pis xəbər

"Qalatasaray" razılığa gəldiyi və transfer görüşmələri üçün İstanbula gətirdiyi Can Armando Günerin transferində maneələrlə qarşılaşıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qış transfer dönəmində heyətini gücləndirmək üçün fəaliyyətlərini davam etdirən "Qalatasaray" Can Armando Güner transferində uğurlu nəticəyə yaxın olduğu bildirilmişdi.

Gənc futbolçu transfer görüşmələri üçün İstanbula gəlmişdi. Xəbərə görə, "Qalatasaray"ın İstanbula gətirdiyi və razılaşmaya vardığı Can Armando Güner "Borussia Mönchengladbach" klubunun təzyiqi və şikayət olunma riski səbəbilə Almaniyaya qayıdacaq.

Xəbərdə transferin razılaşdırıldığı və sarı-qırmızılıların alman klubuna təlim haqqını ödəməyə hazır olduğu halda, "Borussia Mönchengladbach"ın reaksiyası üzündən transferin baş tutmadığı qeyd edilib.

Alman klubunun Can Armando Günerin icazəsiz şəkildə İstanbul'a getməsindən narazı olduğu və bu səbəbdən transfere icazə vermədiyi bildirilib.

Seçilən
25
manset.az

1Mənbələr