Əvvəlcə Tramp jurnalistlərə Zelenskinin“heç bir kartı” və “ilk gündən” onlara malik olmadığı barədə dəfələrlə söylədiyi fikrini təkrarlayıb. Daha sonra müxbirlərdən biri bunun nə demək olduğunu və Ukraynanın buna görə öz ərazilərini verməli olub-olmadığını aydınlaşdırmağı xahiş edib.
“Onun yalnız bir kartı var - mən. Mənsiz Kiyev üçün vəziyyət tam fəlakət olardı. Zelenski və Avropa liderləri bunu bilirlər”, - Amerika lideri vurğulayıb.
Bununla belə, ABŞ prezidenti Rusiya Vaşinqtonunsülh planını rədd edəcəyi və ya onun təsdiqini gecikdirəcəyi halda, Ukraynanı silahlandırmağa hazır olması ilə bağlı suala cavab verməkdən boyun qaçırıb.
- Mən bunu demək istəmirəm. Sadəcə, insan həyatlarını xilas etməyə çalışdığım üçün bunu söyləməli bir vəziyyətdə olmaq istəmirəm”, - Donald Tramp söyləyib.
![]() |
| Politico:“ABŞ yaxasını kənara çəkir” |
Ukrayna prezidenti Volodimir Zelenski isəRusiya-Ukraya müharibəsinin yarım ilə ərzində bitə biləcəyini deyib.
- Biz avropalı tərəfdaşlarımızla və əlbəttə ki, ABŞ və “istəklilər koalisiyasının” bütün üzvləri ilə danışıqların yeni mərhələyə çatdığını qeydə alırıq”, - Zelenski iddia edib.
Bununla belə, “Politico” nəşrinin yazdığına görə, Avropa ölkələrinin təmin etmək niyyətində olduğu Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində ABŞ-nin rolu qeyri-müəyyən olaraq qalır.
Belə ki, Vaşinqton yanvarın 6-da Qərbin “könüllülər koalisiyası”nın görüşünün nəticələrinə əsasən atəşkəs rejiminin monitorinqində iştirak barədə qəbul edilmiş sənədin yekun variantını imzalamaqdan imtina edib.
Sahil İsgəndərov
AzVision.az
