AZ

Rəsədxana: Bu gün orta səviyyəli geomaqnit qasırğası ehtimal olunur  

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəşin fəallığı qismən zəifləyib və əsasən C sinif alışmalar qeydə alınıb. Həftə ərzində birbaşa Yerə yönəlmiş komponentə malik tac kütlə atılmaları qeydə alınıb. Günəşin səthində 65 ləkə və tac dəliyi müşahidə olunur.

Günəş küləyinin sürətinin tac dəliyi axınlarının təsiri ilə normadan yüksək səviyyədə qalacağı gözlənilir.

Bu gün orta səviyyəli geomaqnit qasırğası (G2) ehtimalı var. Sonra isə rekurrent tac dəliklərinin təsiri ilə yanvarın 13-16-da yenidən geomaqnit sahəsinin intensivliyinin G1 səviyyəsinə yüksələ biləcəyi gözlənilir.

Seçilən
45
6
azerbaijan-news.az

7Mənbələr