AZ

Moskvanın təsir dairəsi daralır: Cənubi Qafqazda yeni mərhələ (ŞƏRH)

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

"Rusiyasız Cənubi Qafqaz ssenarisi tamamilə realdır".

Bunuu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli yaxın dövrdə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının heçə endirilməsi məsələsini şərh edərkən deyib. 

Ekspert qeyd edib ki, hazırda Rusiya əsasən məhz Ermənistan vasitəsilə Cənubi Qafqazda qalır: 

"Ermənistan da öz növbəsində tədricən də olsa, bu və ya digər formada Moskvadan uzaqlaşmağa çalışır. İrəvanın Rusiya təsirindən tamamilə çıxması isə hələ bir neçə il çəkəcək. Amma hər halda proseslərin gedişi göstərir ki, Rusiyanın təsir dairəsi getdikcə Ermənistanda da azalacaq".

Müsahibimiz bildirib ki, Rusiyasız Cənubi Qafqaz ssenarisinin gerçəkləşməsində əsas rollardan birini Zəngəzur dəhlizi oynayacaq:

"Bu dəhlizin işə düşməsi regionda Rusiyanın təsir dairəsini xeyli dərəcədə azaldacaq. Nəticədə Ermənistan da Rusiyadan daha az asılı vəziyyətə düşəcək. Bu proses yaxın vaxtlarda reallaşacaq. Rusiyanın Ukrayna müharibəsi fonunda ətraf qonşularına təsir dairəsi azalıb. Bu da müharibənin və ondan irəli gələn sanksiyalar rejiminin Rusiyanı ağır duruma salması ilə yanaşı, onun digər ərazilərə təsir imkanlarının daralmasının nəticəsidir. Zəngəzur dəhlizi layihəsi isə həmin tendensiyanı daha da sürətləndirəcək".

Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması, həmsöhbətimizin fikrincə, regionun hərtərəfli inkişafına təkan verəcək: 

"İlk növbədə, iqtisadi baxımdan regionun əsaslı inkişafı baş verəcək. Bu, həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyə üçün Avropaya çıxış yolunda mühüm vasitə olacaq".

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı və tanınmış analitik Pol Qobl mətbuata açıqlamasında dünya və bölgədə baş verən qlobal prosesləri şərh edərək, Cənubi Qafqaz ölkələrinin — Azərbaycan, Gürcüstan və Ermənistanın — gələcək istiqamətlərinə dair proqnozlarını bölüşüb. O bildirib ki, Bakı həm Zəngəzur məsələsində, həm də Türkiyə ilə əlaqələrin genişləndirilməsi istiqamətində daha cəsarətli addımlar atacaq. Analitikin sözlərinə görə, İrəvan Türkiyə və Azərbaycanla razılaşmalar əldə etməyə çalışacaq, Gürcüstan isə çaxnaşma və qeyri-sabitlik vəziyyətində qalmağa davam edəcək. 

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
qaynarinfo.az

1Mənbələr