AZ

Rusiyanın Kiprdəki diplomatının cəsədi tapılıb  

Rusiyanın Kiprdəki səfirliyi bu diplomatik nümayəndəliyin əməkdaşı A.V. Panovun öldüyünü elan edib.

AZƏRTAC xəbər verir ki, diplomatik nümayəndəlik hadisənin təfərrüatı ilə bağlı heç bir məlumat verməyib. Bu arada, yerli medianın verdiyi məlumata görə, ölümə qeyri-təbii hallar səbəb ola bilər.

ANT1 telekanalının məlumatına görə, Rusiyanın Kiprdəki səfirliyinin yüksəkvəzifəli əməkdaşının cəsədi onun ofisində tapılıb. İlkin ehtimala əsasən, səfirliyin əməkdaşı intihar edib. Telekanalın məlumatında bildirilir ki, mərhum diplomat ölümündən əvvəl məktub yazıb. Səfirlik onun məzmununu açıqlamaqdan imtina edərək, məktubu Moskvaya göndərəcəyini bildirib.

“Cyprus Mail” qəzeti xəbər verir ki, cəsədin yanvarın 9-da keçirilən müayinəsi zamanı ölümün qeyri-təbii şəraitdə baş verdiyi müəyyən edilib.

Seçilən
20
1
azerbaijan-news.az

2Mənbələr