AZ

“Zelenskinin danışıqlarda real kartları yoxdur” - Donald Tramp

“Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlarda real kartları yoxdur və olmayıb”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinə müsahibəsində deyib.

Siyasətçi qeyd edib ki, Ukrayna Prezidentinin yalnız bir kartı var - Donald Trampın özü.

"Onun heç bir kartı yoxdur. Onun ilk gündən heç bir kartı yox idi", - deyə siyasətçi vurğulayıb.

Tramp bildirib ki, əgər mən olmasaydım, bu, tamamilə fəlakət olardı və Zelenski bunu bilir, Avropa liderləri də bunu bilir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr