İranda iqtisadi problemlər səbəbindən başlayan etirazların 15-ci günündə polis vətəndaşların şəxsi telefonlarına xəbərdarlıq mesajları göndərməyə başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, telefonlara göndərilən mesajlarda əsasən valideynlərə müraciət olunub.
"Keçən gecə bəzi etirazlarda terrorçu qrupların və silahlı şəxslərin mövcudluğu və ölüm planlarının nəzərə alındığı, hər hansı bir uzlaşmaya heç bir güzəştin edilməyəcəyi və inqilabçılarla qətiyyətlə mübarizə aparılacağı barədə qərarımız doğrultusunda, ailələrin gənclərinə və yeniyetmələrə yaxşı baxmaları ciddi şəkildə tövsiyə olunur" - deyə mesajlarda qeyd edilib.