Bakı. Trend:
Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən təsdiq olunmuş"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrindətəhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı"çərçivəsində 2026/2027-ci tədris ilində dünyanın nüfuzluuniversitetlərinin bakalavriat, magistratura və doktoranturasəviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısımüəyyən edilib.
Trend xəbərverir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsiledən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121proqram üzrə təhsil almaq imkanı yaradılıb.
Dövlət Proqramı üzrə illik kvota 500 nəfər təşkil edir. Bu kvotaçərçivəsində rəqabət mühitinin tənzimlənməsi məqsədilə müraciətsayından asılı olaraq prioritet ixtisas istiqamətləri üzrə keçidbalları tətbiq edilə bilər.
Xüsusi olaraq qeyd edək ki, Dövlət Proqramının 15 prioritetixtisas sahəsi ilə yanaşı, "Mədəniyyət və incəsənət" sahəsi üzrə dəbu il imkanlar genişləndirilib. Belə ki, ötən illə müqayisədə buistiqamət üzrə siyahıya daxil edilən nüfuzlu ali təhsilmüəssisələrinin sayı artırılıb.
Nəzərinizə çatdıraq ki, beynəlxalq reytinq sistemlərində ilk10-luqda yer alan ali təhsil müəssisələrinə və doktoranturasəviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmindəyişikliklərlə tanış olmaq üçün siyahının üzərindəki qeydlərədiqqət etməyinizi xahiş edirik.
Müvafiq siyahı ilə aşağıdakı keçid vasitəsilə tanış olabilərsiniz:
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramınınəhatə etdiyi universitet və proqramların siyahısı