Bakı.Trend:
Bir neçə gün öncə paytaxtın Nərimanov rayonunun Xətaiprospektində aparılan xətləmə işləri sürücülər arasında çaşqınlığasəbəb olub. Belə ki, sosial şəbəkələrdə edilən paylaşımlardaparklanma yerləri yolun ortasında salınıb deyə fikirlərsəsləndirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat AgentliyindənTrend-əbildirilib ki, prospektdə mikromobillik zolağı və avtomobillər üçünparklanma yerləri yanaşı təşkil edilib. Beynəlxalq təcrübədə genişistifadə olunan bu cür yanaşma mövcud standartlara vəqanunvericiliyə də uyğundur.
"Burada əsas iki məqsədə nail olunur - mikromobillikistifadəçilərinin təhlükəsizliyi və biznes subyektlərininmaraqlarının qorunması. Oxşar sxemlər paytaxtın Mətbuat prospekti,Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, Xaqani və Şıxəli Qurbanovküçələrində uğurla tətbiq olunub",-deyə qurumdan əlavə olunub.
Sözügedən xətlənmə nişanlarının xarici ölkələrdə olan bir neçənümunəni təqdim edirik.



Azərbaycanda:

