AZ

Bakı və Abşeron yarımadasında güclü zəlzələ gözlənilir? – VACİB AÇIQLAMA

Şamaxı şəhərində 3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin Bakı və Abşeron yarımadası üçün təhlükə siqnalı olub-olmaması maraq doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, 3–3,5 maqnitudalı zəlzələlər adətən hiss olunmur və ciddi narahatlıq doğurmur. Onun sözlərinə görə, ötən gün Şamaxıda baş verən zəlzələ də əhali tərəfindən demək olar ki, hiss edilməyib:

“Belə zəif zəlzələlər əsasən yalnız rəsmi məlumatlar vasitəsilə məlum olur. Bu, güclü titrəyiş deyildi və qorxulu hal hesab edilmir.”

Ekspert qeyd edib ki, Şamaxı və ətraf ərazilər seysmik fəal zonada yerləşir və burada tez-tez zəif zəlzələlərin baş verməsi təbii haldır:

“Bu ərazilər müxtəlif tektonik tavaların toqquşma nöqtəsində yerləşdiyi üçün xırda zəlzələlər demək olar ki, hər gün baş verir. Tarixdə dağıdıcı zəlzələlər olsa da, hazırkı titrəyişlər təhlükə siqnalı sayıla bilməz.”

Qorxmaz İbrahimlinin sözlərinə görə, kiçik güclü titrəyişlər davamlı xarakter daşıdığı halda belə, hazırkı mərhələdə Bakı və Abşeron yarımadası üçün ciddi risk yoxdur.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
20
1
konkret.az

2Mənbələr