AZ

Binəqədidə qayda pozan Prius sürücüsü zəncirvari qəza törətdi ANBAAN VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində baş verən yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 10-da saat 15:59 radələrində qeydə alınıb. Belə ki, “Toyota” markalı avtomobil, “Khazar” markalı maşınla toqquşub. 

Kadrdan göründüyü kimi, geriyə manevr etmək istəyən “Toyota” sürücüsü qarşı tərəfdən gələn avtomobilə yol vermədən hərəkətini davam etdirib. Nəticədə qəza qaçılmaz olub. Zərbənin təsirindən “Khazar” markalı avtomobil yol kənarında park edilmiş digər nəqliyyat vasitəsinə çırpılıb.

Qeyd edək ki, yol-hərəkəti qaydalarına əsasən, sürücü geriyə hərəkət edərkən ətrafdakı nəqliyyat vasitələri üçün təhlükə yaratmamalı və üstünlüyü hərəkətdə olan avtomobillərə verməlidir. Bu tələbin pozulması həm maddi ziyana, həm də daha ağır nəticələrə səbəb ola bilər.

Nərmin

Oxunub 192

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
avtosfer.az

1Mənbələr