AZ

İlkin Fikrətoğlu - Bu klubun rəhbərliyi milyonlarla pul xərcləməyə ehtiyat edir

"Azərbaycan futbolunda belə halları az görmüşük ki?".

Bu sözlər "Sportinfo TV"nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış telejurnalist Premyer Liqada debüt mövsümünü keçirən «İmişli»nin təmsilçisi olduğu rayondan uzaq düşməsinə münasibət bildirib:

«İmişli» niyə öz evndə oynamır? Çünki stadion Premyer Liqanın tələblərinə cavab vermir.

Klubun sponsoru olan RDC şirkəti stadionu standartlara uyğun vəziyyətə gətirmək üçün hətta 1 milyon 500 min manat xərcləməyə hazır olsa da, buranın sənədlərinin qaydasında olmaması onları çətin vəziyyətdə qoyub.

Məsələ ondadır ki, 4 hektar ərazini tutan stadionun 2 hektarı Həmkarlar İttifaqıını balansındadır, qalan 2 hektarı da hanssa MKT-ya aiddir.

Amma o MKT-nın da stadion üzərindı mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Sadəcə. Azərbaycancsayağı vaxtilə nə cürə, hansısa vasitələrlə həll edib, guya olublar stadionun sahibi.

İndi «İmişli» FK rəhbərliyi ehtiyat edir ki. 1,5 milyon manat xərcləyib sənədi olmayan, əsl sahibi bilinməyən stadionu ərsəyə gətirərlər, sonra da başqa birisi gəlib «bura mənimdir» deyib, əllərindən alar.

Azərbaycan futbolunda belə halları az görmüşük ki? «İmişli FK»nın icracı direktoru Aqşin Mürsəlov deyir, yeganı çarəmiz odur ki, İmişli şəhəri ərazisində torpaq sahəsi göturub, kiçik də olsa, bir stadion inşa edək.

Bu isə o deməkdir ki, klubun ev oyunları zamanı qitədən-qitəyə - İmişlidən Qubaya səyahəti hələ qeyri-müyyən müddətədək davam edəcək».

Seçilən
28
sportinfo.az

1Mənbələr