AZ

Kuba lideri Trampa cavab verdi

Kuba prezidenti Migel Dias-Kanel bildirib ki, ölkəsi Vaşinqtonla danışıq aparmır.

Modern.az xəbər verir ki, Migel Dias-Kanel bu haqda X sosial şəbəkəsində yazıb.

"ABŞ hökuməti ilə miqrasiyaya aid texniki əlaqələrdən başqa heç bir danışıqlar aparılmır", - deyə Kuba lideri qeyd edib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Kubanın "çox gec olmadan razılaşmaya getməli olduğunu” bildirmişdi.

Seçilən
10
1
modern.az

2Mənbələr