İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirilən layihələrdə iştirak etmək istəyənlər üçün 3 aylıq qış təcrübə proqramı elan edir.
Mərkəzin məlumatına görə, aşağıda qeyd olunan istiqamətlərdə bilik və bacarıqlara malik tələbələr və yeni məzun olan gənclər proqramda iştirak üçün müraciət edə bilərlər.
- Mobil tətbiq tərtibatı – SwiftUI, Kotlin, C#, .NET, PostgreSQL
- UX/UI dizayn – Figma
- İT layihə koordinatorluğu
- Frontend tərtibatı – HTML, CSS, JavaScript, TypeScript, React, Git
- Backend tərtibatı – Java, Spring Boot, PostgreSQL, Docker, Redis, Postman, Git, mikroservislər
- Data analitikası – Python, Tableau
- Data mühəndisliyi – Tableau, data təmizlənməsi, maşın öyrənməsi
- Süni intellekt – Python, API inteqrasiyaları (REST, WebSocket anlayışı), Speech-to-Text, Text-to-Speech, dataset və etiketləmə intizamı
- Robototexnika – Python, Linux, Git, koordinatlar, sensor/aktuator məntiqi, PID konsepti, ROS (Node, Topic, Service/Action anlayışları)
- SMM – Photoshop, Canva
- Layihələrin hesabatlılığı
- Kontent yaradıcılığı və rəqəmsal marketinq
- Ümumi bacarıqlar: problem həll etmə, tədqiqat, analitik düşüncə, çeviklik və Microsoft Office bacarıqları
Təcrübə proqramını uğurla bitirən namizədlərə sertifikat veriləcək. Təcrübə hibrid formada həyata keçiriləcək. Yalnız seçilən namizədlərə 4SİM tərəfindən bildiriş göndəriləcək. Müraciət üçün: https://forms.gle/JiKiYPY8RN2F5mQf8
Son müraciət tarixi: 23 yanvar 2026-cı il