AZ

Paula Pinho: “Ukraynada sülhün tək bir şəxsə...”

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Paula Pinho gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Cebheinfo.az" xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makrondan sonra İtaliyanın Baş naziri Corcia Meloninin də Rusiya ilə dialoq qurulması təklifinə münasibət bildirən Paula Pinho, Ukraynada sülhün tək bir şəxsə bağlı olduğunu və həmin şəxsin də Vladimir Putin olduğunu deyib.

“Bir məqamda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq məcburiyyətində qalacağıq”, - deyən Paula Pinho hazırda sülh danışıqları çərçivəsində intensiv səylərin göstərildiyinə diqqət çəkib.

Digər tərəfdən, Putinin bu səylərə cavab vermədiyini vurğulayan Paula Pinho, “Hazırda bu mərhələdə deyilik, lakin bir gün Ukraynada sülhə aparan danışıqların baş tutacağına ümid edirik”, – ifadəsini işlədib.

Paula Pinho bu danışıqların nə vaxt keçirilə biləcəyi ilə bağlı hər hansı spekulyasiya apara bilməyəcəyini də əlavə edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr