AZ

“Sədai musiqi xoşdur” adlı solo konserti baş tutdu - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xanəndə Malik Həsənovun "Sədai musiqi xoşdur" adlı solo konserti baş tutdu.

Konsertdə Malik Həsənovu Azərbaycanın tanınmış instrumental ifaçıları Əməkdar artist Xəyyam Məmmədov (kamança), Çinarə Mütəllibova (qanun) və İqbal Məmmədzadə (tar), Xəyyam Həsən (ud), Pərviz Mirzəyev (balaban) və Ramin Abdullayev (nağara) müşayiət edirdi.

Proqramda milli musiqimizin nadir inciləri - "Şur" muğam dəstgahı, Ə. Bədəlbəyli - "Azad bir quşdum","Qəhrəmani" aşıq havası, F. Əmirovun "Şeyx Sənan" dramından "Kor ərəbin mahnısı", həmçinin "Humayun" və "Dilkəş" təsnifləri, eləcə də "Ay çiçək" xalq mahnısı və "Qarabağ şikəstəsi" ifa olundu.

Gecə boyunca dinləyicilər xalq musiqisinin ahəngini, muğam sənətinin incəliklərini və ifaçıların yüksək peşəkarlığını dərin duyğularla qarşıladılar. Konsert musiqisevərlərin böyük marağı və alqışları ilə yadda qaldı.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
22
milli.az

1Mənbələr