AZ

Dərs saatı artırılır? AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Təhsil məsələsində dərs müddətinin bir saata uzadılması, əslində, beynəlxalq təcrübədə o qədər də əhəmiyyətli sayılmır. Həm fiziki, həm psixoloji, həm də elmi baxımdan aparılan tədqiqatlar göstərir ki, insanın informasiya qəbuletmə qabiliyyəti orta hesabla 39-40 dəqiqəlik zamanla məhdudlaşır”.Bunu Demokrat.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib.O deyib ki, bizdə tətbiq edilən 45 dəqiqəlik dərs müddəti də məhz bu standartlara əsaslanır:“Bir çox ölkələrdə də 40-45 dəqiqəlik dərs sistemindən istifadə olunur. Bu baxımdan, dərs müddətinin bir saata qədər uzadılması zəruri və ya effektiv görünmür. Üstəlik, hazırda bir çox təhsil müəssisəsində şagird sıxlığı problemi var. Bəzi ərazilərdə əhalinin çox sıx yerləşməsi səbəbindən məktəblərdə iki növbəli tədris həyata keçirilir. Dərs saatlarının bir saata uzadılması ümumi tədris gününün də uzanmasına, ikinci növbələrin isə daha gec saatlarda başa çatmasına səbəb ola bilər. Bu isə həm şagirdlərin, həm də müəllimlərin gündəlik yüklənməsini artırar və əlavə logistika çətinlikləri yaradar”.O bildirib ki, gələcəkdə, sıxlıq aradan qalxarsa və bütün məktəblər bir növbəli sistemlə işləyə bilsə, bu məsələyə yenidən baxmaq olar:“Lakin nəzərə almaq lazımdır ki, dərs müddətinin uzadılması tədrisin keyfiyyətini artıran əsas amil deyil. Daha effektiv üsul siniflərdə şagird sayının azaldılması və tədrisin keyfiyyətinin yüksəldilməsidir. Əgər bir sinifdə, məsələn, 25 nəfər şagird varsa, 45 dəqiqəlik dərs müddəti tədrisin səmərəli təşkili üçün kifayət edir”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
demokrat.az

1Mənbələr